Böyük Britaniya hökumətinin sabiq rəhbəri koronavirusa qarşı peyvənd olunub

Böyük Britaniya hökumətinin sabiq rəhbəri Tereza Mey koronavirusa qarşı peyvənd olunub. SİA-nın məlumatına görə, bu barədə siyasətçi özünün "Twitter" səhifəsində yazıb. T.Mey bildirib: "İndicə koronavirusa qarşı peyvəndin ilk dozasını aldım. Peyvənd təhlükəsiz, təsirli və ağrısızdır. Növbəniz gələndə sizdə peyvənd olunun. Yalnız bir-birimizi qorumaqla virusu qalib gələ bilərik". Xatırladaq ki, Böyük Britaniyada koronavirusa qarşı vaksinasiya kampaniyası ötən ilin dekabr ayının 8-də başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə