Avropa Şurası Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin mandatını uzadıb

Avropa Şurası Avropa İttifaqının 6 xüsusi nümayəndəsinin mandatını uzadıb. SİA-nın məlumatına görə, mandatı uzadılan xüsusi nümayəndələr arasında Toivo Klaar da var. Beləliklə, T.Klaar növbəti 12 ay ərzində (2022-ci ilin fevral ayının 28-dək) Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışacaq. Xatırladaq ki, Toivo Klaar ilk dəfə bu vəzifəyə 2017-ci ilin noyabr ayında təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...