Ukraynadan belaruslara qarşı sanksiya

Ukraynanın Baş naziri Denis Şmıqal, ölkənin bir sıra idarələrələrinə Belarusiya prezidenti Aleksandr Lukaşenkonun dairələrindən olam belaruslu rəsmi və iş adamlarına qarşı sanksiya tətbiq edilməsi məsələsinə baxmağı tapşırıb. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko bildirib.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasına belarusiyalı şəxslərə sanksiya tətbiq edilməsi barədə təkliflərin verilməsi ehtimalı ilə bağlı müraciətinizə cavab olaraq bildiririk ki, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət rəhbərliyi Sərhəd Xidmətinə bu məsələyə baxılmasını tapşırıb. Qeyd edək ki, bu məlumatı Aleksey Qonçarenkon Denis Şmıqalın tələbinə cavab olaraq bildirib.

Xatırladaq ki, 2020-ci ilin noyabrında Avropa Birliyi diplomatiyasının rəhbəri Cosep Borrell, Ukrayna və bir sıra digər ölkələri təşkilatın Belarus rəsmilərinə qarşı tətbiq etdiyi sanksiyalara qoşulmağa çağırmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə