İranda ötən sutkada 69 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 69 nəfər koronavirusdan (COVID-19) ölüb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 59 899 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 103 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 615 184 nəfərə çatıb. Virus daşıyıcılarından 3 720 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 379 922 nəfər koronavirusdan sağalıb, 10,7 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranda koronavirusa yoluxma üzrə 11 rayon qırmızı, 31 rayon narıncı, 252 rayon sarı,154 rayon isə mavi zona hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...