“Sındıra-sındıra” oynamağın sonu

“2008-ci ildə Levon Ter-Petrosyan silahdaşları ilə İsrail bayrağı altında rəqs etdi, 2020-ci ildə erməni əsgərləri İsrail pilotsuz təyyarələri tərəfindən öldürüldü”. SİA bu cümləni erməni saytlarının birindən götürüb.

Təbii ki, ermənilərin burada qeyri-adi nəsə bir şey axtarmalarına elə də bir lizum yoxdur. Vaxtilə törətdikləri bəd əməlləri indi yavaş-yavaş onların qabaqlarına çıxmaqdadır. Burada yada israilli siyasi yazar Roman Qureviçin ötən ilin sonlarında “The Jerusalem Post” qəzetində nəşr etdirdiyi “Azərbaycanda və Ermənistanda yəhudi olmaq” adlı məqaləsi düşür.

Məqalə müəllifi öz yazısında monoetnik Ermənistanı yəhudilərə qarşı ən dözümsüz ölkə kimi xarakterizə etmişdi. Təbii ki, yazar dediklərini əsaslandırmaq üçün real faktlar da gətirmişdi. Məsələn o, ilk olaraq, Ermənistanda keçirilən son sorğunu göstərmişdi. Belə ki, həmin sorğuda iştirak edən ermənilərin 32 faizi Ermənistanda yaşayan yəhudiləri öz həmvətənliləri kimi belə qəbul etmədiklərini bildirmişdilər.

Millətçilik, irqçilik ideologiyasının bir növü olan antisemitizm liqasının indeksinə görə keçmiş sovet ölkələri arasında Ermənistan yəhudilərə qarşı olan lider ölkə kimi tanınıb. Belə ki, Ermənistanda bu cür fikirdə olan insanlar bu ölkənin əhalisinin 58 faizindən çoxunu təşkil edib.

Qeyd edilməlidir ki, ermənilər yəhudilərə qarşı düşmənçiliyi təkcə yaşadıqları Ermənistanda etmirlər. Onlar ölkə xaricində də öz pis niyyətlərini həyata keçirmək üçün hər vasitədən yararlanmağa çalışırlar. Məsələn, bir müddət bundan əvvəl ABŞ-da fəaliyyət göstərən erməni tələbə təşkilatları bu ölkə universitetlərində İsrailə qarşı geniş və koordinasiya olunmuş boykot kampaniyası təşkil etmişdilər. Səbəb bilirsiniz nədir, təbii ki, Azərbaycanla olan xoş münasibət.

Bu gün artıq yəhudilər Adolf Hitlerin “Yəhudi məsələsinin birdəfəlik həlli” layihəsində erməni antisemitizminin ciddi rolu olduğunu istisna etmirlər. Bundan əlavə, həmən ərəfədə Amerikadakı erməni mətbuatı da Hitleri açıq şəkildə dəstəkləyən təbliğatla məşğul idilər. Bu gün Yerevanın mərkəzində ermənilərin “milli qəhrəman” hesab etdikləri Njde həmin dəstəyin həm təbliğat, həm də təşkilatçılarından biri olub.

Maraqlıdır ki, yadınızda olar, Paşinyan hakimiyyətə gəldiyi ilk günlər, Ermənistanı Qafqazın İsraili edəcəyinə söz vermişdi. O, hətta İsraillə əlaqələr qurmaq üçün erməniliyinə əlavə ermənilik də qatmışdı-yaltaqlıq, yalmanmaq...

Məlumdur ki, artıq İsraildə də erməniləri yaxşı tanıyırlar. Həmin ərəfədə ermənilərin, ölkədə təcili “Ermənistanın Yəhudi icması” yaratmalarına baxmayaraq, bu da işə yaramadı. Burada mənə təəccüblü gələn bilirsiniz nədir? Ermənistandakı Yəhudi icmasına erməninin sədrlik etməsi. Doğrudanmı, Ermənistanda, icmaya sədr qoymağa bir yəhudi tapılmadı? Belə görünür ki, ermənilərin gizlətmələrinə baxmayaraq, bu gün Ermənistanda heç bir yəhudi qalmayıb.

Yeri gəlmişkən, həm Levona, həm də Nikola təvəqqim: yüngülsaqqallıq edib ortalığa düşüb “sındıra-sındıra” oynayanda, bilmirdiniz ki, bunun düşər-düşməzi olar?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...