İspaniyalı gənclər seçkiqabağı da aksiyalar keçirəcəklərini bəyan ediblər

İspaniyalı gənclər seçkiqabağı da aksiyalar keçirəcəklərini bəyan ediblər

İspaniyanın mərkəzində baş verən etiraz aksiyaları bir neçə gündür ki, davam edir. SİA-nın xəbərinə görə, geri çəkilmək niyyətində olmayan minlərlə gənc mərkəzi meydanda etirazlarını davam etdirirlər. Onlar daha çox iqtisadi böhran və siyasətçilərin rüşvətxorluğundan narazı olduqlarını bildiriblər.


Həftəsonu keçiriləcək yerli və bələdiyyə seçkiləri ilə əlaqədar hökumət nümayiş keçirməyi qadağan edib. Lakin gənclər bu qadağalara baxmayaraq seçkiqabağı şənbə günü də aksiya keçirəcəklərini vurğulayıblar. Heç bir siyasi partiyanı dəstəkləmədiklərini deyən onlar bəzi siyasi partiyalara fikirlərini də çatdırıblar. Nümayişçilər gənclər hərəkatından seçkiqabağı məqsədlərdə istifadə etməməyi qeyd ediblər....

Bütün xəbərlər Facebook səhifəmizdə