Çexiyada koronavirus təhlükəli həddə çatır

"Ölkədə koronavirus pandemiyası ilə əlaqədar vəziyyət son dərəcə ciddidir, yaxınlaşmaqda olan fəlakətin qarşısı alınmalıdır".

SİA xarici mətbuata istinad edərək bildirir ki, bu fikirləri Çex Respublikasının Baş naziri Andrey Babiş hökumətin keçirdiyi iclasdan sonra deyib.

Bu gün ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyətin daha da ciddiləşdiyini bildirən çexiyalı baş nazir əvvəllər vəziyyətin bu həddə çatmadığını etiraf edib. Onun sözlərinə görə, ölkə xəstəxanalarının reanimasiya şöbələrində süni hava aparatlarına qoşulan xeyli sayda xəstə var. Nazir məsələnin Nazirlər Kabinetinin iclasına çıxarılacağını bildirib.

Yeri gəlmişkən qeyd edık ki, ötən gün ərzində Çexiyada 15 672 yeni koronavirus xəstəsi qeydə alınıb ki, bu da yanvarın 6-dan sonra xəstələrin sayı ilə bağlı ikinci böyük rəqəmdir. Ümumiyyətlə, ölkədəki xəstələrin ümumi sayı 127 240 nəfərdir ki, onların da 6817 nəfəri hazırda xəstəxanalara yerləşdirilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə