3 uşaq anası olan 45 yaşlı Leyla Gök 6 ildir böyrək xəstəsi olan 25 illik həyat yoldaşına böyrəyini verərək onu yenidən həyata qaytarıb. SİA-nın xəbərinə görə, təqaüdçü olan 48 yaşlı İlhami Gök 6 il əvvəl böyrək çatmazlığı xəstəliyinə tutulub.
Pamukkale Universitetinin Orqan Nəqli Mərkəzində edilən testlər nəticəsində Leyla Gökün toxumalarının həyat yoldaşına uyğun gəldiyi məlum olub. Orqan Nəqli Mərkəzinin əməkdaşı Çağatay Aydın və Murad Özbant tərəfindən edilən əməliyyatla Leyla Gökdən alınan 1 böyrək həyat yoldaşı İlhami Gökə nəql edilib.
Əməliyyatdan sonra sağlamlığına qovuşan İlhami Gök həyat yoldaşının həyatını qurtardığını söyləyib. Gök "25 illik həyat yoldaşım böyrəyini mənə verərək canımı qurtardı. Həyat yoldaşım olmasaydı ölə bilərdim. Onun böyrəyi ilə həyata yenidən başladım" deyib.
Leyla Gök də həyat yoldaşının həyatını qurtardığı üçün xoşbəxt olduğunu söyləyərək, "6 il boyunca çox acı çəkdi, davamlı dializə bağlandı. Vəziyyəti pisə doğru gedirdi. Mənim böyrəyimin həyat yoldaşıma uyğun gəldiyini öyrənincə dərhal verdim. Həyat yoldaşım sağlamlığına qovuşdu, indi çox xoşbəxtəm\" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB