Bu gün Ermənistanda mənfi nə baş verirsə hamısını “binəva” Nikol Paşinyana calayırlar. Amma Paşinyanın dəstəsi heç də erməni müxalifətinin dedikləri ilə razılaşmırlar, imkan tapan kimi gördükləri kiçik işin əhəmiyyətini o qədər şişirdirlər ki...
Mətləbə keçək: Ermənistanın iqtisadiyyat nazirinin müavini Varos Simonyan deyib ki, artıq ölkənin iqtisadiyyatı inkişaf edir. Təbii ki, Varos bu faktları "sənədlərə" əsasən deyirmiş. Sən demə, Ermənistan bundan sonra pandenimayaya qarşı qoruyucu maska ixrac edəcək. Onu da deyib ki, artıq üçüncü ölkələrlə yanaşı, Avrasiya İqtisadi Birliyi ölkələri də erməni maskaları üçün növbəyə dayanıblar. Hələ bu harasıdır, ermənilərin maska istehsalından xəbər tutan almanlar özlərini tez İrəvana çatdırıblar. Axı, keyfiyyətli maldan kim imtina edər?
Amma, təəssüflər ki, bəzi ermənilər yenə də bu hökumətdən, onun rəhbərindən narazıdırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB