Sən demə, Ankara Gürcüstan və Azərbaycanı başına toplayıb Cənubi Qafqazda Ermənistana və Rusiyaya qarşı bir ittifaq yaradıb ona rəhbərlik etməyə çalışırmış.
SİA xəbər verir ki, bu fikirləri Ermənistan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi direktoru, akademik Ruben Safrastyan erməni saytlarına verdiyi açıqlamada bildirib.
Beləliklə, erməni alimə görə, Ankara bu gün özü üçün əhəmiyyətli bir geopolitik ox yaratmağa çalışır. Belə ki, Türkiyə Gürcüstan və Azərbaycanı öz orbitinə çəkərək Cənubi Qafqazdakı nüfuzunu artırmaqla, bölgədə Rusiyanı mümkün qədər zəiflətməyə çalışır. Təbii ki, Ankaranın planında Ermənistanı təcrid etmək də ən önəmli məsələlərdən biri kimi durur. Doğrudan da, dünyanın aparıcı ölkələri sırasında duran Ermənistan üçün bu böyük həqarətdir.
Maraqlıdır ki, İranın Türk geosiyasi layihəsindəki rolunu və yerini şərh edən, Safrastyan, Tehran ilə Ankaranın qarşılıqlı təsir və təzyiq üçün ortaq maraqlara və imkanlara sahib olduqlarını da gizlətməyib.
Erməni akademik türklərin İranın şimal əyalətlərində yaşayan azərbaycanlıların xidmətindən yararlanaraq, orada pantürkizm ideologiyasını fəal şəkildə yaydıqlarını, bunun Tehranın ciddi müqaviməti ilə qarşılandığını, məhz elə buna görə də, gizli də olsa, kürd amilindən istifadə etdiyini bildirir.
Türkiyənin yaxınlarda qeyri-müəyyənlik mərhələsinə qədəm qoyacağının “proqnozunu verən” Safrastyana görə, Tehran Türkiyənin pantürkist proqramlarının onu təhdid etdiyi təhlükəni yaxşı bilir. Amma hələ ki, passivlik göstərir(?). Akademik İranın bu “humanizmini” Türkiyənin ABŞ-ın İran əleyhinə tətbiq etdiyi sanksiyalara Ankaranın qoşulmaqdan imtina etməsi ilə əlaqələndirir.
“Necə deyərlər, akademik olanda da beləsindən olasan, yəni hər şeyə erməni gözü ilə baxıb, elə erməni kimi də şərh edəsən”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB