Qaz kəmərində güclü partlayış

Rusiyanın Orenburq vilayətində federal magistral qaz kəmərində partlayış olub. SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı region hökuməti yayıb.

Bildirilib ki, qəzanı aradan qaldırmaq üçün qüvvələrin səfərbərliyi həyata keçirilir. Məlumata görə, fevralın 23-də İleksk rayonunda federal təbii qaz kəmərində partlayış olub. İlkin məlumata görə, kəmər “Qazprom Transqaz Yekaterinburq” MMG-yə məxsusdur.

Qəzanın səbəbi araşdırlır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə