Nigeriyada MSK-ya məxsus avtomobil minaya düşüb, 7 nəfər həlak olub

Nigeriyada MSK-ya məxsus avtomobil minaya düşüb, 7 nəfər həlak olub

Nigeriyada Prezident seçkilərinin ikinci turunun keçirildiyi gün – fevarın 21-də Mərkəzi Seçki Komissiyasına (MSK) məxsus avtomobil minaya düşüb.

SİA "Reuters"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Yerli hökumət rəsmiləri hadisəni təsdiqləsələr də təfərrüatlar barədə açıqlama verməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə