Braziliya "Sputnik V" vaksininin alınması üçün 128 milyon dollardan çox vəsait ayırıb

Braziliya "Sputnik V" vaksininin alınması üçün 128 milyon dollardan çox vəsait ayırıb
Braziliya səlahiyyətliləri yeni növ koronavirus infeksiyasına qarşı Rusiya istehsalı olan "Sputnik V" peyvəndinin alınması üçün 128 milyon dollardan çox vəsait ayırıb. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, müvafiq sənəd hökumətin rəsmi nəşrində dərc olunub. Peyvənd üçün təxmini çatdırılma müddəti dəqiqləşdirilməyib. Satınalmanın tender olmadan həyata keçiriləcəyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə