Ermənilər “vətəni qurtarmaq” üçün İəvandakı teatr meydanına yığılıblar. Vur çatlasındır. Hərənin ağzından bir avaz gəlir. Məsələn, keçmiş erməni baş nazir var idi – indi həmən Qant Baqratyan hökumətin büdcəsinin olmadığını, maaşların ödənilməsi üçün avrobondlar buraxıldığını, təqaüdləri ödəmək üçün borc alındığını bildirməklə, elə bir nə isə “evrika” kəşf edir. Qant müəllim, deyirsiniz ki, Nikol öıkədə baş nazir olandan bəri erməni arvadları uşaq doğmaqdan imtina ediblər. Guya hamı ölmək istəyir. Ayıbdır, Qant, sənə ağsaqqal demək olmasa da, saçların artıq avazıyıb. Soruşuram, sən məgər baş nazir olanda erməni arvadları “doğmaqdan həlak” idilər. Elə sənin baş nazir olduğun illərdə də, yazıq erməni arvadları miqrant ərlərinin fəraqı ilə yanıb yaxılırdılar. İndi gör, sən ağzı ətə catmayanlar kimi, Nikola nəyi irad tutursan. Yenə də ayıbdır deyirəm sənə.
Sən hələ bu Artur Vanetsyana bax. Çanaq Nikolun başına çatmayana qədər onunla “curalıq” edirdi. Paşinyan onu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə rəis göndərəndə yaxşı idi? İndi Paşinyanı ittiham edir ki, ayə, qoymayın, Nikol Ermənistanı Türkiyənin vilayətinə çevirir. Vilayət? Ə, bu bizim söz olmalıdır axı... Yəqin qanında var də, yoxsa, o vilayət sözünün Azərbaycan sözü olduğunu hardan bilirdi? Hıyyy....?
Hələ sən bu pensioner Manukyan var ey, onun canfəşanlıq etməsinə diqqət yetir. Erməniləri xəyallarındakı vəziyyəti qurmağa çağırır. Deyən gərək, ay erməni, sən bilirsən məgər ermənilər xəyallarında nə qurmaq istəyirlər? Bu gün sənin bir ayağın burda, bir ayağın, Allah bilir Avropanın hansı ölkəsində. Bizlərdə sənin kimilər üçün bilirsən də nə deyirlər: “yetim qızsan, qıvrıl yat”.
Deyirlər, “dərə yiyəsiz olanda, donuz təpəyə çıxar”. İşxan Saqatelyanı deyirəm. Bu da fenli teli ilə erməniləri aldadır. Deyir ki, müxalifət yaxın gələcəkdə böyük bir erməni nümayəndə forumu çağırmaq niyyətindədir. Saqatelyana tövsiyəm bilirsiniz nədir? Ona tövsiyə edirəm ki, İşxan, nə eləyirsən tez elə, yoxsa, foruma yığmağa Ermənistanda erməni tapmayacaqsan. Onda gərək, gedib bu forumu ermənilərin “kompakt” yaşadığı ölkələrin birində keçirəcən. Çünki mən Ermənistandan qaçıb qurtulan hansısa bir ağıllı erməninin, nə vaxtsa yenidən Ermənistana qayıtmaq istəyinə inanmıram.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB