Kanadadan ABŞ-a məcburi olmayan səyahət məhdudiyyətləri martın 21-ə qədər uzadılıb

Kanadadan ABŞ-a məcburi olmayan səyahət məhdudiyyətləri martın 21-ə qədər uzadılıb
Kanada və ABŞ pandemiya səbəbindən sərhədləri ən azı martın 21-nə qədər açmamağa razılaşıblar. SİA-nın məlumatına görə, bu barədə Kanadanın ictimai təhlükəsizlik və fövqəladə hallarana hazırlığın təşkili üzrə naziri Uilyam Bler bildirib. Nazir qeyd edib ki, ABŞ-a məcburi olmayan səyahət məhdudiyyətləri 21 mart 2021-ci ilə qədər uzadılıb. U.Bler bunun davam edən pandemiya səbəbindən iki ölkə sakinlərinin təhlükəsizliyi üçün lazım olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə