“Pompeu Fabra” Universitetinin İspaniyalı alimləri koronavirus pandemiyası səbəbindən bəşəriyyətin 20 milyon illik həyatını itirdiyi qənaətinə gəliblər. SİA xəbər verir ki, bu barədə “Scientific Reports” jurnalında yazı dərc edilib.
Materialda qeyd edildiyi kimi, mütəxəssislər 81 ölkədə koronavirusdən ölənlərin sayı ilə bağlı məlumatlar əsasında hesablamalar aparıblar. Tədqiqatçılar, COVID-19-dan ölüm yaşı ilə ciddi təsirlənmiş ölkələrdə ömür uzunluğu arasındakı fərqi müqayisə ediblər. Bu metod "İtirilmiş Ömür İlləri" (YLL) adlanır, hansı ki, onun köməyi ilə vaxtından əvvəl ölməsəydi, bir insanın yaşaya biləcəyi müddət, ömür orta hesabla hesablanıla bilər.
Tədqiqatçıların yalnız dolayı yolla COVID-19 ilə əlaqəli ölümlər nəticəsində itirilən illərin sayını nəzərə almadıqları aydınlaşıb. Ancaq elm adamlarına görə ürək-damar və digər xroniki xəstəliklərdən ölənlər də pandemiya səbəbiylə ömrünün daha uzun illərini itiriblər.
Xatırladaq ki, keçən il 11 mart tarixində ÜST yeni koronavirusun yayılması ilə bağlı vəziyyəti pandemiya kimi dəyərləndirib və tanıyıb. Dünyada 110,3 milyondan çox xəstəliyə rast gəlinib. Dünyada koronavirus səbəbindən həyatını itirən insanların sayı hələ də artmaqdadır və məhz bu səbəbdən də insanların peyvənd olunması bütün dünyada prioritet məsələ hesab olunur. Xatırladaq ki, Azərbaycanda da peyvənd olunmasına 18 yanvar tarixindən başlanılıb.
Qeyd edək ki, ölkəmizdə ilk öncə risk qruplarına aid insanlar, yaşlılar peyvənd olunur və bu, əlbəttə ki, könüllüdür. Nəzərə çatdıraq ki, vətəndaşlarımız peyvənd olunmalarına çox həssas yanaşırlar, könüllü olaraq peyvənd olunurlar və iş uğurla davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB