"Hüquqlarımızın tapdanmasına icazə verməyəcəyik" - Ersin Tatar

"Hüquqlarımızın tapdanmasına icazə verməyəcəyik" - Ersin Tatar

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Cənubi Kipr yunan idarəçiliyinin başçısı Nikos Anastasiadis və Yunanistanın Xarici işlər naziri Nikos Hristodulidisin açıqlama və tələblərinin qəbuledilməz olduğunu bildirib. SİA xəbər verir ki, Ersin Tatar bununla bağlı yazılı açıqlama yayıb.

ŞKTC Prezidenti önümüzdəki həftələrdə Kipr problemi ilə bağlı baş tutması gözlənilən qeyri-rəsmi 5 + 1 görüşünə diqqət yönəldilərkən, yunan tərəfinin təxribatı və qəbuledilməz tələblərinin şiddətlənməyə davam etdiyini qeyd edib.

Ersin Tatar bildirib ki, yunan administrasiyasının rəhbəri Nikos Anastasiadisin qeyri-rəsmi 5 + 1 toplantısına yönəlmiş, "BMT parametrləri dəyişməməli, Türk tərəfinin qapalı Maraşın açılması planları sona yetməli və Türkiyən Şərqi Aralıq dənizindəki fəaliyyəti bitməlidir" kimi impozisiya etməsi qəbuledilməzdir.

"Anastasiadisin bu impozisiyaları irəli sürməsi və şərt olaraq qoyması Kiprdəki status-kvonun davam etməsi mənasını da ehtiva edir və eyni zamanda, keçirilməsi gözlənilən qeyri-rəsmi 5 + 1 toplantısının dinamitləşdirilməsi nəzərdə tutulur. Kipr məsələsi ilə bağlı illərdir gündəmdə olan BMT parametrləri bu günə qədər nəticə vermədi və bu parametrlərlə razılığın əldə edilə bilməməsi ortaya çıxdı. Mövcud parametrlərdə israr etmək dalana dirənmək deməkdir. Türk tərəfinin müəyyənləşdirdiyi və həyata keçirdiyi Maraş bölgəsinin açılması təşəbbüsü davam edir. Bu məsələdə yunan tərəfinin şərtlərinə tabe olmayacağıq. Şərqi Aralıq dənizində davam etməkdə olan Türkiyənin fəaliyyətləri ŞKTC və Türkiyənin haqq və mənfəətlərini qorumağa yönəlib. Bu səbəbdən təkcə Kiprin yunan tərəfinin təkbaşına Şərqi Aralıq dənizindəki enerji qaynaqlarına sahib çıxmasına, ŞKTC ilə Türkiyənin hüquqlarının ayaqlar altında əzilməsinə izacə verilməyəcək",- deyə Ersin Tatar bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə