Sən demə, məğlub olan ermənilər deyilmiş...

Serjikin ermənilərə sırıdığı növbəti yalanları...
Sən demə, məğlub olan ermənilər deyilmiş...

“Ermənilərin xalq qəhrəmanlığı barəsində bir şey eşidən olubmu? Onların azadlıq uğrundakı mübarizələrinin adları harada həkk edilib? Heç yerdə! Çünki ermənilərin “qəhrəmanları” həmişə öz xalqlarının xilaskarlarından daha çox cəlladı olublar”. Fikirlər rusiyalı hərbi diplomat Vladimir Mayevskiyə məxsusdur.

Təbii ki, ermənilərin himayədarı olan bir xalq nümayəndəsindən bu misalı əbəs yerə gətirmirik. Belə ki, ötən gün erməni telekanallarından birinə müsahibə verən sabiq erməni prezidenti Serjik Sarkisyan “dərə xəlvət, tülkü bəy” deyimini əsas tutaraq yalan-palandan nə qədər var ermənilər üçün döşəyib.

Sizi bilmirəm, amma mən onun “məğlubolunmaz Serjik” olduğunu indi bilmişəm. Sən demə, Azərbaycan tərəfi həmişə Serjikdən “qorxduğuna” görə, onunla cəngə girməkdən “ehtiyatlanıb”.

Yadınızdadır, hələ, 1988-1990-cı illərdə Mixail Qorbaçovun göstərişi ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Xüsusi İdarəetmə Komitəsinə rəhbərlik edən rus əyyaşı Arkadı Volski də təkcə Serjin deyil, həm də bütün ermənilərin “qəhrəman bir xalq” olması barədə məlumatlı imiş. Ona görə də, həmişə təkcə azərbaycanlıları deyil, hətta rusları belə ermənilərlə ehtiyatlı davranmağa çağırırmış.

Təbii ki, bunlar ermənilərin özləri barədə dedikləri yalandan başqa bir şey deyil. Amma, məsələ bundadır ki, reallıqlar başqa şeylərdən xəbər verir. Bəli münaqişənin ilk günlərindən Qarabağda yaşayan azərbaycanlılardan ov tüfənglərinin belə yığışdırılması barədə göstəriş verən alkaş Arkadı Volski idi. Cünki ermənilər onun içkidən ayılmasına belə imkan vermirdilər. Əslində bu elə də bir önəm kəsb etmirdi: çünki Volski ermənilərdən ənam alan Raisa Maksimovnanın əmrini yerinə yetirirdi. Qeyd edim ki, mən burada elə də bir “evrika” açmıram. Amma bunu deməyə məcburam ki, həmin ərəfədə Mixail Qorbaçovun zövcəsinin kəsdiyi başa zaval yox idi. Bu barədə, gərək ki, çoxlarınız məlumatlı olmalısınız.

Burada mənim, vaxtilə ermənilər tərəfindən döyüşən krasnodarlı bir hərbçinin xatirələri yadıma düşür. O, etiraf edirdi ki, döyüş zamanı hansısa bir ərazini alıb ermənilərə təvil verəndən bir müddət sonra, yalın əlli azərbaycanlıların erməniləri həmən ərazilərdən qovub çıxardıqlarının şahidi olurduq. Həmən hərbci, etiraf edirdi ki, ermənilər qorxaq tülki kimi onlar tərəfdən döyüşən başqa xalq nümayəndələrinin arxasında gizlənirdilər. Qeyd edim ki, sonradan Kpasnodara qayıdan hərbçi bu fikirləri ermənilərin onun vətənində törətdikləri qanunsuz əməllərə münasibət bildirərkən demişdi.

Təbii ki, belə misalları Serjikə xatırlatmaq yersiz görünə bilər. Amma, oxuculardan üzr istəyib bu faktı söyləməliyəm: Serjik, məgər sağ qalmaq üçün öz qız və arvadlarınızı rus zabitlərinin (təkcə zabitlərininmi?) yatağına salan siz deyildinizmi. Deməli tarıx təkrarlanır. Vaxtılə avropalı dahinin sizin millət barədə dediklərinin şahidi təkcə biz yox, həm də sizin tərəfdən döyüşən bütün millətin nümayəndələr də bunun təsdiqini gördülər.

Cerjik, indi də, qayıdaq sənin “məğlubedilməz”liyinə. Adam erməni olanda nə olar, amma bu qədər də həyasız yox də... Deyirsən, hakimiyyətdə olduğun ərəfədə heç kim sənə qalib gələ bilməyib. Ruslara yalmanmağına, yalvarmağına bamayaraq, Azərbaycan tərəfi təkcə 2016-cı ilin Aprelində 4 gün ərzində Tərtərin Talış kəndi ətrafındakı yüksəklikləri, Seysulan kəndini, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyini, Cocuq Mərcanlını, Goranboy rayonunun Gülüstan kəndini, Tərtər rayonunun Qazaxlar kəndini və Tərtər rayonunun Madagiz kəndi istiqamətində yollar düşməndən azad olundu.

Cerjik, bunlar faktdır. Sənin indi bunları danıb, ermənilər qarşısında öyünüb özündən qəhrəman yaratmağın yersizdir. Xatırlayıram ki, həmin ərəfədə yerli nəşrə açıqlama verən erməni generallarından biri “itirdiyiniz” Lələ təpə yüksəkliyinin vaxtilə sizlərə 400-dən artıq erməni-rus hərbçisinin ölümü hesabına başa gəldiyini bildirmişdi.

Ağasıf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə