İtaliyanın Siciliya muxtar vilayətində Etna vulkanı püskürüb

İtaliyanın Siciliya muxtar vilayətində Etna vulkanı püskürüb

İtaliyanın Siciliya muxtar vilayətində Etna vulkanının püskürməsi qeydə alınıb.

SİA məlumatına görə, bu barədə "ANSA" agentliyi xəbər verib.

Məlumata əsasən, cənub-şərq yamacındakı kraterdən püskürmə vulkanik kül və lava axını ilə müşayiət olunub.

Vulkanik aktivliyin artması ölkənin Milli Geofizika və Vulkanologiya İnstitutu tərəfindən yerli vaxtla saat 16: 10-da qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə