ABŞ-ın Vircin adalarında helikopter qəzaya uğrayıb

ABŞ-ın Vircin adalarında helikopter qəzaya uğrayıb

ABŞ-ın Vircin adalarında helikopter qəzaya uğrayıb.

SİA-nın "ABC" telekanalına istinadən verdiyi məlumata görə, helikopterin Sent-Tomas adasının qərbi hissəsində qəzaya uğraması barədə təcili xidmətlərə məlumat yerli vaxtla saat 15:14-də (Bakı vaxtı ilə fevralın 16-sı saat 01:14) daxil olub.

Bildirilir ki, hadisə yerinə cəlb edilən xilasedicilər 4 nəfərtin meyitini aşkar ediblər.

Ölənlərin kimliyi və qəzanın səbəbi barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə