Safrastyanın yalanı, Tatoyanın xəyalı...

Safrastyanın yalanı, Tatoyanın xəyalı...

Azərbaycanın Ermənistan üzərindəki qələbəsini həzm edə biməyən, onu hər vəchlə “aşağılamağa” çalışan ermənilər hər vasitədən istifadə edib, yararlanmağa çalışırlar. Yersiz “hay-həşir” salmaqda pərgar olan erməni dığaları yalan maşınlarını işə salmaq üçün əllərində belə olmayan bütün “resurslar”dan istifadə etməyə başlayıblar. Nədir onların məqsədi? Təbii ki, türkləri, ümumıyyətlə, türkdilli xalqları dünyanın gözündən salmaq.

Faktlara müraciət edək. Beləliklə, erməni professor kimi təqdim etdikləri Ruben Safrastyan adlı birisi “...ermənilərin məğlubiyyətindən sonra Türkiyə istədiyi güzəştlərə nail olmaq üçün Ermənistana qarşı təzyiqlərin artıracağını” bildirir.

Bu məqamda yerinə düşmüşkən bildirim ki, indi ermənilər təlaşdadırlar. Bilirsiniz nədir onları qorxudan: 2050-ci ilə qədər yaranması ehtimal olunan “Böyük Turan” birliyinin tərtib olunmuş xəritəsi. Ermənilər belə bir birlik ölkəsinin yaranacağı təqdirdə özlərinin ayaq altında qalacaqlarını istisna etmirlər. Təbii ki, onlar hər şeyə erməninin xislətli baxışıyla baxırlar. Əslində, reallıq budur ki, dinc qalacaqları, xainlik etməyəcəkləri təqdirdə onlar üçün heç bir təhdid gözlənilmir. Amma unutmayaq ki, əvvəllər də dediyimiz kimi, bu, onların özlərindən asılı olan bir şey deyil: “Bütün alçaqlıqlar, riyakarlıqlar onlarda hələ ana bətnində olarkən formalaşır”.

“Böyük Turan” birliyinin tərtib olunmuş xəritəsi, istisna deyil ki, erməniləri lap “yerindən oynadıb”. Məsələn, Safrastyan xəritənin “...pantürkist, təcavüzkar-ekspansist hisslərini əks etdirdiyini” bildirir. Onun fikrincə, dərc olunmuş xəritə bəzi ABŞ ekspert dairələrinin Türkiyə təsirinin yayılmasına və rəsmi Ankaranın fəaliyyətinin genişlənməsinə nikbin münasibətindən də xəbər verir. Digər tərəfdən, o, bu xəritənin Türkiyənin imkan və mənbə təhlilinin səhv qiymətləndirilməsi ilə tərtib edildiyini bildirir. Maraqlıdır ki, erməni alim elə bununla da təsəlli tapır: “...bugünkü Türkiyənin belə bir qlobal layihənin həyata keçirmək üçün geopolitik və qaynaq imkanları yoxdur”.

Belə yerdə, erməniyə Türkiyənin bu qlobal layihəni həyata keçirməkdə tək olmadığını xatırlatmaq lazım gəlir. Əslində, xatırlatmağa da dəyməz, çünki o, bunu çox yaxşı anlayır. Bununla belə, Safrastyan yenə erməni xislətini ortaya qoyaraq, bütün bunların Türkiyəni ABŞ tərəfindən gözlədiyi “təhlükə” ilə əlaqələndirir. Bu da erməni tapıntısıdır.

"Bu gün həm Türkiyə rəhbərliyi, həm də daha geniş ictimai dairələr Cosef Bayden başda olmaqla ABŞ-ın yeni rəhbərliyinin Ankaraya siyasi kursu səbəbiylə təzyiqləri artıra biləcəyindən narahatdır. Ona görə, bu xəritə ölkənin imicini artırmaq və gücünü nümayiş etdirmək məqsədi daşıyır. Beləliklə, Ankara Amerika tərəfinin türkləri dəstəklədiyinə zəmanət verərək cəmiyyəti sakitləşdirmək istəyir”.

Bu isə əsl erməni yanaşmasıdır. Qeyd edək ki, bunlarla kifayətlənməyən, Safrastyan, guya ötən əsrin əvvəllərində Türk Şərq Ordusu komandiri Karabəkir Paşanın “erməniləri yer üzündən silmək” barədə aldığı tapşırığı, Türkiyə Azərbaycanla birgə bu gün reallaşdırmaqda davam edir.

Yenidən, Qarabağ döyüşlərinə, dəqiq desək, zəlil gününə düşdükləri döyüşlərə qayıdan erməni alim, bunu “erməniləri yer üzündən silməyin” ilk əlamətləri adlandırır. O, istisna etmir ki, birinci Qarabağ döyüşlərində olduğu kimi, ikinci döyüşlərdə də ruslar köməyə gəlməsəydi, Qarabağdakı ermənilər ya tamamilə fiziki olaraq məhv ediləcəkdi, ya da bir də buralara qayıtmamaq şərtiylə dabanlarına tüpürəcəkdilər.

Əslində, erməni rusların köməyi ilə bağlı yalan danışır. Çünki ruslar elə ikinci müharibədə də birinci müharibədə olduğu kimi, ilk gündən ermənilərin yanında idi. Sadəcə, Azərbaycan Ordusu əvvəlki ordu deyildi. Bunu rus və dünyanın hərb mütəxəssisləri ilə yanaşı, sonralar elə ermənilərin özləri də etiraf etmək məcburiyyətində qaldılar.

Yeri gəlmişkən, ötən gün Ermənistan ombudsmanı Arman Tatoyanın Azərbaycanla, onun apardığı dövlət siyasət, ermənilərə qarşı “düşmənçiliyi” ilə bağlı fikirlər səsləndirib. Əslində, onun səsləndirdiyi fikirlər erməni həyasızlığından başqa bir şey deyil. Bundan əlavə, Tatoyan sual verən gərək, bəs sən nə xəyal edirdin? Təbii ki, sizdə yalan danışmaq irsidir. Amma unutma ki, nə əkmisən, onu da biçməlisən. Təbii ki, Azərbaycan öz torpağında-Qarabağda “sülhməramlı” rus ordusunun arxasında gizlənib təxribatlar törədən erməni dığalarının hərəkətlərinə passiv müşahidəçilik etməyəcək. Bu mənada, erməni başbilənlərinin yalançı həyasızlıqları da yersizdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə