Ersin Tatardan PKK-nın qətlə yetirdiyi şəxslərlə bağlı - Başsağlığı
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Türkiyə Silahlı Qüvvələri tərəfindən "Qartal-2" əməliyyatlarının keçirildiyi Şimali İraqın Gara bölgəsində PKK terror təşkilatı tərəfindən qaçırılıb öldürülən 13 nəfər mülki vətəndaşa görə onların yaxınlarına və Türk millətinə başsağlığı verib. SİA xəbər verir ki, Prezident Ersin Tatar tərəfindən yayılan başsağlığı mesajında bu ifadələrə yer verilib: "Qəhrəman Türkiyə Silahlı Qüvvələri tərəfindən fevralın 10-da Şimali İraqın Gara bölgəsində sığınacaq quran PKK terror təşkilatı ünsürlərinə qarşı düzənlənən "Pəncə Qartal-2" hərbi əməliyyatı uğurla tamamlanarkən sözü gedən bölgə nəzarət altına alınıb. Bölgədə aparılan axtarışlarda isə bir mağarada xain terror təşkilatı tərəfindən daha öncə qaçırılan 13 mülki vətəndaş qardaşımızın cəsədləri tapılıb. Bu vəhşiliyi və bunu törədən xain terror təşkilatı və onu dəstəkləyənləri lənətləyir, öz adımdan və Kipr Türk xalqı adından 13 qardaşımıza Allahdan rəhmət, ailələrinə, yaxınlarına və Türk millətinə başsağlığı diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB