Fukuşima atom elektrik stansiyasında növbəti qəza

Fukuşima atom elektrik stansiyasında növbəti qəza

Yaponiyada baş verən zəlzələdən sonra Fukusimadakı nüvə stansiyasında radioaktiv su sızıntısı aşkar edilib. Hadisə barədə TEPCO enerji şirkəti məlumat yayıb. Şirkətə görə, sızma Fukuşima-1 və Fukuşima-2 nüvə stansiyalarında istifadə edilmiş nüvə yanacağının saxlanılması üçün hovuzlarda meydana gəlib.

"Fukusima-1" nin 5-ci enerji blokunun hövzəsindən təxminən 600 mililitr, 6-cı blokun hövzəsindən isə təxminən 1,6 litr radiaktiv su sızması qeydə alınıb. İki enerji blokunun ümumi hovuzundan isə daha 600 mililitr axıntı baş verib.

"Fukusima-2" -də, 1-ci enerji blokunun hovuzundan 160 mililitr su, digər enerji blokundan isə daha 1,4 litr radiaktiv su axıb.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə