Hindistanın Uttaraxand əyalətindəki buzlağın axması nəticəsində ölənlərin sayı 54-ə çatıb. SİA xəbər verir ki, bu barədə, hadisənin baş verdiyi haqda Çamoli dairə polisi məlumat yayıb.
Hindistanın Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə isə, buzlağın 7 fevralda axması Rişiqanqa çayında suyun səviyyəsinin qalxmasına səbəb olub və eyni adlı 13,2 MVt-lıq su elektrik stansiyasını yuyub aparıb. Daşqın Dxauliqanqa çayı üzərindəki hidroelektrik stansiyasına da ziyan vurub.
"Bu gün Tapovan tünelindən üç cəsəd çıxarılıb, nəticədə ölənlərin sayı 54-ə çatıb. İndiyə qədər Coşimat polis bölməsində 179 itkin şəxsin olduğu bildirilib. Xilasetmə əməliyyatı davam edir", deyə məlumatda bildirilir.
Axtarış əməliyyatında milli və yerli xilasedicilər, Hindistan-Tibet polisi və hərbi personal iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB