Myanmada hərbi rejimə qarşı keçirilən etirazlara görə internetə giriş məhdudlaşdırılıb

Myanmada hərbi rejimə qarşı keçirilən etirazlara görə internetə giriş məhdudlaşdırılıb

Myanmada fevralın əvvəlində baş verən hərbi çevrilişə qarşı keçirilən etirazlarla əlaqədar ölkədə internetə giriş ciddi şəkildə məhdudlaşdırılıb.

SİA xəbər verir ki, bu barədə beynəlxalq monitorinq qeyri-kommersiya təşkilatı “NetBlocks” məlumat yayıb.

“Myanmada yerli vaxtla saat 01:00-da (Bakı vaxtı ilə bazar günü 22:30-da) internetin, demək olar ki, tam kəsilməsi təsdiqlənib. Məlumata görə, internetin səviyyəsi hazırda normal səviyyənin yalnız 14 faizini təşkil edir”, - deyə təşkilatın “Twitter” səhifəsində qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə