Erməni iqtisadçıdan etiraflar... - ŞƏRH

Sən demə, Ermənistan Çin prinsipləri əsasında yenidən qurulacaq...
Erməni iqtisadçıdan etiraflar...  - ŞƏRH

Bu gün Ermənistandakı bütün uğursuzluqları baş nazır Nikol Paşinyanın adına yazıb onu hər şeydə ittiham etmək artıq adi hal alıb. Onlar Paşinyanı Ermənistanı zəlil günə salmaqda, ölkəni talamaqda, ermənilərin qaçmasında və daha nələrdə ittiham edirmirlər. Maraqlıdır, məgər Sarkisyan və ya Köçəryanın hakimiyyətləri dövründə bu hallar yaşanmırdımı? Təbii ki, bundan da artığı yaşanırdı. Amma bu gün ölkədə heç kim Ermənistandakı son iki erməni rəhbərinin onların bu günkü zəlil yaşamları üçün stimul yaratdıqlarını anlamaq istımirlər. Bu gün Ermənistanın məğlub duruma düşməsini də, məncə, tək Nikolun adına yazmaq doğru olmazdı.

Çünki həm Robert Köçəryan, həm də Serj Sarkisyan Azərbaycan xalqının Qarabağ itkisi ilə heç vaxt barışmayacağını, nə vaxtsa öz torpaqlarını erməni qəsbkarlarından geri alacaqlarını yaxşı anlayırdilar. Amma indi, türklər demiş “çanaq Nikolun başında sındı”. Bunula yanaşı, bu gün Ermənistandakı bir çox siyasətçilər istər Robert, istərsə də Serjin bu dövrdə hakimiyyətdə qalacaqları təqdirdə həmin çanağın onların başında sınacağını da istisna etmirlər.

Maraqlıdır ki, dünən döyüş meydanında burunları ovulan ermənilər bu gün də dinc dayanmırlar. Təbii ki, dedikləri də bumeranq kimi elə özlərinə qayıdır. Nə isə... SİA yenə də erməni mediasındakı xülasələrə istinad edir...

... “Ən asan şey başqasına məsləhət verməkdir”. Bu fikirlər qədim yunan filosofu Abdera Demokritə məxsusdur. Mən bu məsəli, sadəcə olaraq, son günlər Ermənistanda peyda olan məsləhət verənlərin coxalmasına istinad edib bildirirəm. Beləliklə, ötən gün erməni saytlarından birinə “Azərbaycanla müharibənin hələ bitmədiyini” deyib özünü “son illər parlayan” iqtisadçı kimi təqdim edən Artaşes Ter-Ovannisyan adlı birisi bütün çətinliklərə baxmayaraq, ölkəsinin artıq iqtisadi müharibəyə start verdiyini bildirib.

Maraqlıdır ki, dünya siyasətçilərinin, hərb mütəxəssislərinin bütün əsərlərini dişlərinə burub saf-çürük etdiyini bildirən erməni iqtisadçı sonda çinli strateq və mütəfəkkir Sun Tzunun bir neçə əsr əvvəl qələmə aldığı “Hərbi sənət” əsərinin üstündə dayandıqlarını bildirir. Sən demə, ermənilərin bundan sonra atacaqları bütün addımlar Çin mütəfəkkirinin prinsiplərinə əsaslanacaq.

Artıq onlar məğlubiyyətlərinin ilk rüşeymlərini də tapıblar. Nədə? Nikolun yalançılığında. Sən demə, nəinki 44 günlük müharibə ərzində, hətta hakimiyyətdə olduğu iki il ərzində də Paşinyan onlara yalan satırmış. Bundan başqa onlar Nikolu oğurluqda ittiham edirlər. Belə ki, Paşinyan hakimiyyətdə olduğu iki il ərzində ilinə bir milyard dollar olmaqla 2 milyad dollar borc edib. Ötən il Ermənistana koronavirus pandemiyası ilə mübarizə üçün əta edilən 380 milyon, xaricdəki ermənilərin ianə kimi göndərdikləri 120 milyon dollar...

Erməni iqtisadçıya görə, bütün bu vəsitlərin ölkəyə gətirilməsinə baxmayaraq ermənilər iqtisadiyyat sahəsində də heç nəyə nail ola bilməyiblər. Onun fikrincə, Ermənistada ÜDM-nin 13 milyard dollar həcmindəki xarici dövlət borc səviyyəsi tezliklə 80 faizə yaxınlaşacaq.

Bilirsiniz, burada mənim üçün maraqlı olanı nədir? İnvestorların hec bir istehsalı olmayan, ianə hesabına yaşayan bir ölkəyə səxavətlə borc vermələri. Amma Ter-Ovannisyan buna da “aydınlıq” gətirir. Onun dediyinə görə, çünki investorlar belə bir dövlət idarəçiliyi ilə Ermənistanın gələcəkdə ÜDM-i inkişaf etdirmək imkanında olmayacağını yaxşı anlayırlar. Onlar bu gedişlə Ermənistanın defolt elan etmək məcburiyyətində qalacağının uzaqda olmadığını yaxşı anlayırlar. Məhz həmən vaxt da investorlar borc müqabilində Ermənistanın bütün sərvətlərini - Sevan, Syunik, Amulsar və digərlərini ermənilərin əllərindən alacaqlar. Bilirsiniz bu məqamda erməniləri daha çox qorxudan nədir: investorların türk və ya azərbaycanlı ola bilməsi ehtimalı.

Erməni iqtisadçı bu günkü Ermənistanı, Paşinyan başda olmaqla, tamamilə hər şeyi itirilən bir hökumət olduğunu istisna etmir. Onun fikrincə, bu itki həm mənəvi, həm ideoloji, həm diplomatik, həm siyasi. həm də iqtisadi sahədə erməniləri uçurumun dibinə aparır: “Təəssüf ki, adi insanlar vəziyyətin ciddiliyini anlamırlar. Düşünürlər ki, indi çörək və yağ üçün pulunuz varsa, deməli hər şey qaydasındadır. Əslində isə fəlakətə çox yaxındadır”. Bu da həmən erməninin etirafıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə