“Ermənistanın “əzəli torpaqları”nın Azərbaycana verilməsi bu gün də davam edir”. SİA xəbər verir ki, bu sözləri “Çiçəklənən Ermənistan” fraksiyasından olan erməni deputat Mikael Melkumyan parlamentdəki çıxışı zamanı bildirib.
Bir müddət əvvəl Syunik bölgəsinə səfər etdiyini bildirən Melkumyan orada silahlı azərbaycanlıların olduğunu bildirib. Erməni deputata görə, bütün bunlar Ermənistan hakimiyyətinin gizli razılaşmalarının nəticəsidir.
Qeyd edək ki, bir müddət bundan əvvəl Paşinyanın müavini Tiqran Avinyan parlamentdəki çıxışlarının birində hakimiyyətin heç bir gizli razılaşmasının olmadığını bildirmişdi. Amma Melkumyan deyilənlərlə razılaşmır. Onun dediyinə görə, əgər doğrudan da, belə bir razılaşdırılma yoxdursa, deməli, azərbaycanlılar istənilən yerə gedə bilərlər?
Ermənistanda kapitulyasiya siyasətinin hələ də davam etdiyini bildirən erməni deputat bu siyasətin davam etdiriləcəyi təqdirdə, müxalifəti təcili bir səfərbərliyə almağa başlayacaqlarını, bütün milləti bu hökumətə qarşı qaldıracaqlarını bildirib. Onun sözlərinə görə, Vazgen Manukyanın çağırışı ilə toplanan mitinq zamanı bütün bu məsələlər 17 müxalifət partiyası tərəfindən müzakirə ediləcək.
Qeyd edək ki, bu gün mövcud hökumətin yalanlarından bezdiklərini iddia edən ermənilər uduzduqları müharibəyə, məhv edilmiş orduya, ölən 8000-dən artıq erməni övladına görə yaşayış yerindən asılı olmayaraq bütün ermənilərin utanc çəkdiklərini bildirirlər. Bu gün ermənilərə görə, ölkədə müsbət dəyişikliklərə dair ümidlər verib hakimiyyətə gələn Nikol Paşinyan onları təkcə Qarabağdan yox, həm də gələcəkdən məhrum edib. Çünki bu gün Ermənistanda hamı sabahın indikindən də pis olacağı qorxusu ilə yaşamaqdadırlar.
Maraqlıdır ki, ermənilər bu gün Vladimir Putinin niyə Ermənistanda hakimiyyəti dəyişməyə tələsmədiyini də, öz düşüncələrinə uyğun yozurlar. Onların fikrincə, tərəflər Nikol Paşinyandan qanuni olaraq xain formasını alaraq Moskva və Bakı üçün lazım olan bütün sənədləri imzalamasını istəyirlər. Bundan sonra isə, Paşinyanı hansı aqibət gözləyəcək, bu, Putin üçün elə də bir önəm kəsb etmir.
Yeri gəlmişkən, ötən günlərdə Anna Akopyan və övladlarının Moskvada olduqlarını və Rusiyanın paytaxtında bahalı daşınmaz əmlak axtardıqlarını bildirən ermənilər, bunun Paşinyanlar üçün çox utancverici bir qaçış olacağını da gizlətmirlər. (Əslində, mən burada təəccüblü elə də bir şey görmürəm. Bu gün, onsuz da, ermənilər total şəkildə Ermənistandan qaçır. Nikol da onlardan biri olsun...)
Qeyd edək ki, bu gün əksər ermənilər “şərəf və ləyaqət”lərini alçaltmış Azərbaycan və ya Türkiyə ilə münasibətlərini bərpa etməyəcəklərini bildirirlər. Amma, əslində, yalan danışırlar. Belə yalanlar onların təcrübəsində çox olub. Çünki ermənilər həmişə olduqları kimi, yenə də eyni əhdə sadiqdirlər - xüsusi bacarıqla olmasa da, böyük hiyləgərliklə, böyük riyakarlıqla sistematik, davamlı, hiyləgər və heyrətləndirici inadla eyni avazı çalırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB