Supermarketdə güclü partlayış- Video

Supermarketdə güclü partlayış- Video

Rusiyanın Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqazda supermarketlərdən birində partlayış olub. SİA-nın xəbərinə görə, məlumatı “RİA Novosti” yayıb. Hadisə səhər saatlarında şəhərin Qaqkayev küçəsindəki baş verib. Nəticədə birmərtəbəli bina tamamilə dağılıb. Partlayışın qaz sızması səbəbindən baş verdiyi bildirilib. Xəsarət alanların sayı dəqiqləşdirilir.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə