Danimarka Arktikada müdafiə qabiliyyətinin gücləndirilməsi üçün 201 milyon avro ayırıb

Danimarka Arktikada müdafiə qabiliyyətinin gücləndirilməsi üçün 201 milyon avro ayırıb

Danimarka parlamenti Arktikada ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün hökumətin əlavə olaraq 1,5 milyard kron (təxminən 201 milyon avro) ayırmaq barədə planını təsdiqləyib.

SİA Danimarka KİV-lərinə istinadla xəbər verir ki, Arktikada müdafiə qabiliyyətini gücləndirmək istiqamətindəki yeni planlara uzaqmənzilli müşahidə dronlarının alınması və istifadəsi də daxildir.

Qeyd edək ki, hərbi mövcudluğun genişləndirilməsi yolu ilə Arktikada maraqların qorunması digər Şimali Avropa ölkəsi olan Norveçin də gündəmindədir. NATO-nun üzvü olan Danimarka və Norveç də bu məsələlərdə ABŞ və təşkilata daxil olan digər böyük ölkələrlə əməkdaşlıq edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə