“Çin ilə ABŞ arasında yaranmış qarşıdurma həm ölkələrimiz, həm də bütün dünya üçün böyük fəlakətdir”. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Çin prezidenti Ci Tzsinpin cümə axşamı ABŞ prezidenti Cozef Bayden ilə telefon danışığı zamanı söyləyib.
Çin-Amerika əməkdaşlığının hər iki ölkəyə, həm də bütün dünyaya fayda gətirəcək çox mühüm hadisəyə səbəb ola biləcəyini bildirən Çin prezidenti iki ölkə arasında yaranmış qarşıdurmanın həm bu ölkələr, həm də bütün dünya üçün böyük fəlakət ola biləcəyini də istisna etməyib.
Bununla yanaşı, Tzsinpin ABŞ-ı Tayvan, Sincan və Hong Konq məsələləri ilə əlaqədar ehtiyatlı davranmağa, bu məsələlərdə hörmət, qarşıdurma olmayan münasibətləri inkişaf etdirməyə çağırıb.
Bundan əlavə, ÇXR prezidenti amerikalı həmkarına bir-birlərinin niyyətlərini aydın şəkildə anlamaq üçün iki ölkə arasında dialoq mexanizmini bərpa etməyin vacibliyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB