Braziliyada son sutka ərzində daha 1330 nəfərin koronavirusdan ölməsi təsdiqlənib

Braziliyada son sutka ərzində daha 1330 nəfərin koronavirusdan ölməsi təsdiqlənib

Braziliyada son sutka ərzində daha 59 602 nəfərin koronavirus infeksiyasına yoluxması, 1330 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 9 659 167 nəfər yoluxub. Bu müddət ərzində 234 850 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 8 596 130 xəstə müalicə olunaraq sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə