Litvaya “BioNTech” və “Pfizer” vaksinlərin səkkizinci partiyası gətirilib

Litvaya “BioNTech” və “Pfizer” vaksinlərin səkkizinci partiyası gətirilib

Litvaya Almaniyanın “BioNTech” və ABŞ-ın “Pfizer” əczaçılıq şirkətlərinin istehsalı olan COVID-19-a qarşı vaksinlərin (22 min 230 doza) səkkizinci partiyası gətirilib.

SİA xəbər verir ki, bu barədə Litva Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əldə olunan partiya ölkənin əsas xəstəxanalarına paylanacaq və onkoloji, HİV xəstələri, həmçinin təhsil işçilərinin vaksinasiyası üçün nəzərdə tutulub.

Litvanın Statistika Departamentinin məlumatına görə, ölkədə koronavirusa qarşı vaksinin birinci dozası ilə təxminən 78,9 min, ikinci dozası ilə isə təxminən 48,2 min nəfər peyvənd olunub.

Litvada “BioNTech” və “Pfizer” şirkətlərinin istehsal etdiyi vaksinlərlə yanaşı, ABŞ-ın “Moderna” və Böyük Britaniyanın “AstraZeneca” şirkətlərinin istehsalı olan vaksinlərlə də əhalinin vaksinasiyası həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə