Ermənilər pensiya və maaşsız qalacaq?

Ermənilər pensiya və maaşsız qalacaq?

"Son günlər Ermənistanın dövlət sektoru işçilərinə pensiya və maaşların verilməsi ilə bağlı problemlər yaşanacagı barədə xəbərlər dolaşmaqdadır. Maraqlıdır ki, artıq bəzi erməni iqtisadçıları da bunun reallığa çevrilə biləcəyini istisna etmirlər. Bu günlərdə erməni jurnalistlərinin təhriki ilə onların qarşısına çıxıb suallarını cavablandıran maliyyə naziri Atom Canjuqazyan bu cür təzahürlər barədə danışmağın onun üçün çətin olduğunu bildirsə də, lakin bəzi etiraflar etmək məcburiyyətində qalıb". SİA bu barədə erməni mənbələrinə istinadən xəbər verir.

Məsələnin ən maraqlı cəhəti nazirin Ermənistanda yaşanan mənfi proqnozlarla razılaşmamasıdır. Amma bunula belə, nazirin ermənilər arasındakı narahatçılığı azaltmaq, əhalini sakitləşdirmək üçün hazırladığı “müsbət gözləntilər”lə bağlı dedikləri heç kəsə inandırıcı görünmədi. Əslində, Canjuqazyan dediklərinin inandırıcı olması üçün məntiq də tapa bilmədi. Təbii ki, nazir açıq şəkildə deməsə də, belə görünür ki, yaxın gələcəkdə ermənilər təqaüd və maaşların verilməsi ilə bağlı çətinliklə üzləçəcəklərə

Qeyd edək ki, bəzi erməni iqtisadçıları ölkə iqtisadiyyatında yaranmış neqativliyin nəyə əsaslandığını təcrübə və adekvat perspektivli proqramların olmaması ilə əlaqələndirirlər. Mütəxəssislər Ermənistanın acı təcrübə baxımından keçən ilin makroiqtisadi göstəricilərinə, daha doğrusu, dinamikalarına diqqət çəkirlər. Beləliklə, diqqət verin: keçən il əvvəlki illə müqayisədə ölkədə iqtisadi fəaliyyət göstəricisi 7,5, tikinti həcmi 9,5, ticarət dövriyyəsi 14, xidmətlərin həcmi 14,7, ixracat 3, idxal isə 17,7 faiz azalıb.

Əlbətdə, koronavirus və müharibəni nəzərə alıb ölkənin bütün sahələrdəki sosial-iqtisadi tənəzzülü başa düşmək olardı. Amma nəzəri olaraq, keçən ilki itkiləri düzəltməyə çalışmaq, ağrılı bir çöküşdən sonra bərpa prosesinə başlamaq mümkün idi. Ancaq Ermənistan hökuməti bu tapşırığı özünəməxsus şəkildə həyata kecirməyə başladı.

Bəli, 2022-2024-cü illər üçün Ermənistanın iqtisadi inkişafını nəzərdə tutan strateji bir proqram hazırlanaraq qəbul edilib. Amma maraqlıdır ki, bu sənəddə inkişafın əsas sahələri kimi, lüks evlərin tikintisi və çətənə istehsalı qeyd edilib. Hökumətin fikrincə, məhz bu sahələr sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmağa, ölkə iqtisadiyyatını uçurumundan qaldırmağa qadirdir. O da maraqlıdır ki, bu gün Ermənistanda bu sahəyə məsul şəxslər, açıq şəkildə olmasa da bunu cəfəngiyat kimi dəyərləndirirlər.

Qeyd edək ki, Atom Janjuqazyan, pensiya və maaşların ödənilməməsi perspektivləri ilə bağlı tutqun proqnozların məntiqini dərk etsə də, dediyimiz kimi çoxlarının cəfəngiyat adlandırdığı bu proqramı əsas tutur.

Yeri gəlmişkən onu da qeyd edək ki, bəzi erməni iqtisadçıları Janjuqazyanın süni nikbinliyini onun xaricdən gələn qiymətləndirmələrə istinadən biruzə verdiyini iddia edirlər. Maraqlıdır ki, çoxları ölkənin maliyyə nazirinin ölkəsinin Statistika Xidmətinin məlumatlarına deyil, beynəlxalq investorların Ermənistanla bağlı yaydığı cəfəng proqnozlara inandığını bildirirlər.

Lənət sənə, kor şeytan! Yenidən bu sual məni “narahat” etməyə başladı: Ermənistanda pensiya və maaşların ödənişdə problem ola bilərmi? Maliyyə nazirinin optimistinə istinad edib “təsəlli tapıram”- olmayacaq! Çünki xarici investorlar hələ də Ermənistandakı makroiqtisadi vəziyyəti sabit kimi dəyərləndirirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə