Estoniya Mühafizəkar Xalq Partiyasının paytaxt fraksiyasının sədri Mart Kallas ölkənsindəki rusdilli sakinləri “insan zibili” adlandırıb. Maraqlıdır ki, bu barədə xəbəri sabiq Estoniya Xarici İşlər naziri Urmas Reinsalu şəxsi “Facebook” səhifəsində paylaşıb. SİA bu barədə rus mətbuatına istinadən xəbər verir.
Qeyd edək ki, Kallas bu sözləri Tallində Böyük Vətən müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış “Tunc Əsgər” heykəli ətrafında yaranmış vəziyyətlə bağlı rusdilli sakinlərin keçirdikləri aksiya zamanı səsləndirib. Maraqlıdır ki, Reinsalu Kallasın dediklərini “...həm Estoniya dövlətçiliyinə, həm də Rusiya demokratiyasına xəyanət”-kimi dəyərləndirib.
Reinsalu və Kallasın açıqlamasınına diqqət çəkən Tallin Şəhər Şurasının ən yaşlı millət vəkili Marqarita Çernoqorova Estonya vətəndaşlığına sahib rusdilli sakinlərin qanuni iradələrini ifadə etmək hüququna sahib olduqlarını bildirib.
Xatırladaq ki, Böyük Vətən müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış “Tunc Əsgər” abidəsinin 2007-ci ildə Tallinin mərkəzindən qəbiristanlığa köçürülməsi həm Estoniya, həm də xaricdəki bir çox təşkilatlar tərəfindən bitərəfli qarşılanmamışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB