Moskvada yaşayış binasında baş verən yanğın zamanı 1 kişi ölüb, 4 uşaq xəsarət alıb

Moskvada yaşayış binasında baş verən yanğın zamanı 1 kişi ölüb, 4 uşaq xəsarət alıb

Moskvanın şimal-qərbində beşmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

SİA Moskva Fövqəladə Hallar Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğın binanın beşinci mərtəbəsində olub.

Hadisə nəticəsində bir kişi həyatını itirib, 3-6 yaş aralığında 4 uşaq və bir qadın yanan mənzildən təxliyə edilib. Uşaqların müxtəlif dərəcədə xəsarət aldığı bildirilir. Onlar xəstəxanaya yerləşdirilib.

Yanğın söndürülüb. Onun başvermə səbəbləri müəyyənləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə