Türkiyədə son sutkada yeni növ koronavirusdan daha 98 nəfər dünyasını dəyişib

Türkiyədə son sutkada yeni növ koronavirusdan daha 98 nəfər dünyasını dəyişib
Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 98 nəfər dünyasını dəyişib. SİA-nın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 26 998 nəfərə çatıb. Onun sözlərinə görə, ölkədə 8 636 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 548 195 nəfərə çatıb. Nazir bildirib ki, ötən gün koronavirusdan 8 109 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 437 382 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə