Səkkiz yaşlı ögey qız üçün killer

Səkkiz yaşlı ögey qız üçün killer

Rusiyanın Tuva vilayətində ögey ana, ərinin ölümündən sonra onun mirasına tək sahib olmaq üçün səkkiz yaşlı ögey qızının qətlin sifariş edib. SİA bu barədə rus mətbuatına istinadən xəbər verir.

Verilən məlumata görə, 61 yaşlı Kızıl şəhər sakini, ərinə məxsus iki mənzilə tək sahib olmaq üçün ögey qızını öldürtmək qərarına gəlib.

Bunun üçün o, xüsusı killer axtarışına cıxan qadın mükafat olaraq 180 min rubl verəcəyini bildirib. Maraqlıdır ki. hadisədən duyuq düşən Tyva Respublikasının cinayət axtarış şöbəsi qadınla görüşə öz əməkdaşını göndərib.

Qadının killer bildiyi polis əməkdaşına avans kimi 10 min rubl verərək, qızın ünvan və getdiyi istiqamətləri bildirib.

Hazırda həbs edilən qadına Rusiya Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə