Bərbəryanın etirafı çin olur

Şəxsən mən burada erməni istehlakçılarını günahkar kimi görmürəm. Bu hər şeydən əvvəl erməni başbilənlərinin yarıtmaz iqtisadı siyasətlərinin nəticəsidir. Beləliklə, Ermənistan statistika xidmətinin hesabatındakı bəzi rəqəmlərə diqqət çəkək. Xidmətdən verilən məlumata görə, 2021-ci ilin yanvar ayında keçən ilin eyni dövrü ilə müqayisədə günəbaxan yağı 44,3, çörək 7,9, un 12, yumurta 26,4, şəkər 7, tərəvəz 9,9 meyvələr 12 faiz bahalaşıb. Maraqlıdır ki, erməni mənbələri Ermənistandakı qiymət artımının artıq total xarakter aldığını və bunun gələcəkdə ölkədəki köçə böyük təkan verəcəyini gizlətmirlər.

Qeyd edilməlidir ki, erməni iqtisadşıları bu gün ölkədəki qiymət artımına səbəb kimi bir neçə amili əsas gətirirlər. Bunlarda birincisi ermənilərin pul vahidi olan dramın məzənnəsinin enməsidir. Beləliklə, dramın qiymətdən düşməsi erməni istehlakçılarını xarici tərəfdaşlarına ödəmək üçün bahalı valyuta almağa məcbur edir. Bu da erməni bazarlarında qiymətlərin artmasına səbəb olub. Təbii ki, Ermənistanda xarici bazarlardan asılılığını aradan qaldırılması üçün məlum yollar mövcud olsa da, lakin ölkə hələ ki, bunları reallaşdırmaq imkanında deyil.

Xatırladaq ki, ötən ilin aprelində, Nikol Paşinyan parlamentdəki çıxışlarının birində şəstlə Ermənistanın qida çeşidində (tək buğda istisna olmaqla) kifayət qədər yüksək səviyyədə özünə təminetmə səviyyəsinə çatdığını bildirmişdi. Amma həmin hökumət sonrakı iclasında nəyi müzakirə etdi? Gülməli də olsa, Ermənistan iqtisadiyyatının inkişaf strategiyasını. Qeyd edilməlidir ki, ermənilərin özləri də, parlamentin müzakirə mövzusunu hər mənada gülməli kimi dəyərləndirirdilər.

Belə görünür ki, ermənilərin uzun illər qonşularına qarşı yürütdükləri təcavüzkar siyasət, indi onların özlərinə qarşı çevrilməkdədir. Bu gün ermənilər Qarabağdan oğurladıqları kənd təsərrüfatı məhsullarından il ərzində 100 milyon dollardan artıq götürdüklərini və artıq bu gəlirin onlar üçün əlçatmaz olduğunu etiraf edirlər. Xatırlayırsınızsa, bir müddət bundan əvvəl “Ermənistan aqrar-kəndli ittifaqı” adlı QHT-nin rəhbəri Qraç Bərbəryan Qarabağla birgə, ölkəsinin 3 min hektar nar, ərik, şaftalı və digər meyvə bağlarını, 50 min hektarlıq taxıl sahələrini, azı 200 hektar soğan əkini sahəsini “itirdiklərini” bildirmişdi. Elə həmin vaxt Bərbəryan erməni bazarlarında bu məhsulların qıtlığı üzündən tezliklə Ermənistanda bir sıra kənd təsərrüfatı məhsullarının bahalaşacağını da bildirmişdi.

Bəli, bu gün erməni iqtisadçıları özləri ölkədəki ümumi bahalaşmanı elə də dramatik hal kimi dayərləndirmirlər. Onların ehtimalına görə, dramatik hadisələr hələ ki, qabaqdadır. Özü də Nikolun ölkəni məqsədyönlü şəkildə idarə etdiyi dram. Maraqlısı isə budur ki, bu gün onları ən çox qorxudan yaxınlarda erməni bazarlarının Azərbaycan kənd təsərrüfatı məhsulları tərəfindən zəbt edilmək qorxusudur.

Agasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə