Moldovalı sabiq prezident deputat olmaq istəyir

Moldovalı sabiq prezident deputat olmaq istəyir

Ötən gün Moldova Respublikası Kommunist Partiyasının sədri Vladimir Voronin rəhbərlik etdiyi siyasi qüvvənin erkən parlament seçkilərində iştirak edəcəyini söyləyib. Maraqlıdır ki, o, bu gün ölkə parlamentinə fərqli insanların gəlməsinin tərəfdarı kimi çıxış edir. SİA bu barədə Moldova mediasına istinadən xəbər verir.

Moldovada özəl televiziyalardan birinə müsahibə verən ölkənin üçüncü prezidenti rəhbəri olduğu partiyanın seçki kampaniyasına Sosialistlər Partiyası ilə bir blokda daxil olmayacağını da bildirib.

Qeyd edilir ki, Voronin seçkilərdən sonra parlamentdəki vəziyyətin dəyişəcəyinə inanır: “İnanıram ki, parlamentə tamamilə fərqli insanlar gəlməlidir. Vədlər yerinə yetirilməli və gündəmə gətirilməlidir”-deyən partiya liderinə görə, bu gün ölkədə qəti tədbirlər planına ehtiyac var.

Yeri gəlmişkən xatırladaq ki, Vladimir Voronin ölkənin son parlament seçkilərinə qatılmamışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə