Ekvadorda inşaat sahəsində divarın çökməsi nəticəsində ən azı iki nəfər ölüb
Ekvadorun paytaxında inşaat sahəsində baş verən divar çökməsi nəticəsində ən azı iki nəfər ölüb.
SİA-nın məlumatına görə, bu barədə "El Comercio" qəzeti bildirib.
Məlumata əsasən, hadisə Kito şəhərinin şimalında baş verib. Divar uçqunu zamanı iki inşaat isçısı yerindəcə həlak olub. Daha beş nəfər dağıntılar altında ola bilər.
Hakimiyyət orqanları araşdırmalara başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB