ABŞ dövlət katibi keçmiş prezident Donald Trampın Çinə qarşı siyasətini doğru hesab edir
ABŞ dövlət katibi Entoni Blinken keçmiş prezident Donald Trampın Çinə qarşı siyasətini doğru hesab etdiyini bildirib.
SİA xəbər verir ki, Amerika diplomatiyasının rəhbəri bunu “CNN” telekanalının efirində açıqlama verərkən qeyd edib.
“Prezident Trampa haqq verərək deməliyəm ki, Çinlə münasibətdə daha sərt bir mövqe tutmaqda doğru addım atıb. Bu, düzgün taktika idi, baxmayaraq ki, o, bunu tətbiq edərkən hüduddan çox kənara çıxıb. Ancaq əsas prinsip etibarilə doğru idi”, - dövlət katibi belə deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB