ABŞ-ın yeni prezidenti Cozef Bayden Çin ilə münasibətlərini sələfi Trampın xətti ilə qurmayacağını bəyan edib. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.
“Mən bu münasibətləri Trampın qurduqlarını davam etdirmək niyyətində deyiləm. Əsas diqqətimiz beynəlxalq qaydalara yönəldiləcək”, - deyən Bayden iki ölkə arasındakı münasibətlərin qarşıdurma həddinə çatmayacağını, amma aralarında həddindən artıq rəqabət olacağını istisna etməyib.
Maraqlıdır ki, qonaq olduğu telekanallardan birində aparıcının Baydendən “ABŞ-Çin münasibətləri bəlkə də dünyanın ən vacib əlaqələrindən biri olmasına baxmayaraq, "nə üçün siz hələ də Çin prezidenti ilə telefon əlaqəsi yarartmamısınız", sualına Bayden indiyə qədər danışmaq üçün elə bir fürsət olmadığını bildirib.
Yei gəlmişkən, Bayden çinli həmkarı Ci Tsinpini yaxşı tanıdığını deyib və iki dövlət arasındakı münasibətlərin gələcəyinə nikbin baxdığını bəyan edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB