Konqo Demokratik Respublikasının şərqində Ebola virusuna yeni yoluxma halı aşkarlanıb. SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, Ebola virusuna yoluxan qadın dünyasını dəyişib: "Ebola virusuna yoluxan qadın fevralın 1-də Şimali Kivu əyalətinin Butembo dairəsinin Biena rayonunda aşkarlanmışdı. Onun həyat yoldaşı yerli xəstəxanaya müraciət etmişdi. Ebola virusuna yoluxan qadın fevralın 3-ü vəfat edib. Aparılan müayinələr ilkin diaqnozu təsdiq etdi".
Bildirilir ki, virus aşkarlanan rayona mütəxəssislər briqadası göndərilib, Ümumdünya Səhiyyə Təşkilatının müvafiq xidmətləri məlumatlandırılıb.
Biena rayonunda digər yoluxma halları aşkarlanmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB