İranda sutka ərzində koronavirusdan ölənlərin sayı azalıb

İranda sutka ərzində koronavirusdan ölənlərin sayı azalıb

İranda ötən sutka ərzində koronavirusdan 57 nəfər ölüb.

İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə qurumun sözçüsü Sima Sadat Lari deyib. Bildirilir ki, ötən 24 saat ərzində ölkədə 7 065 nəfər koronavirusa yoluxub, 3 789 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Virusa yoluxanların ümumi sayı İranda 1 466 435 nəfərə çatıb, ölənlərin sayı 58 469 nəfərə yüksəlib. İndiyədək 1 253 554 nəfər koronavirusdan sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə