Meksika hərbçiləri 90 milyon dollar qiyməti olan narkotiki daşıyan gəmini saxlayıblar
Meksika hərbçiləri ölkənin şimal-qərbində, Sinaloa ştatının sahillərində böyük bir narkotik partiyası daşıyan gəmini saxlayıblar.
SİA xəbər verir ki, bu barədə TASS ölkənin Hərbi-Dəniz Donanması Nazirliyinə istinadən məlumat yayıb.
İki nəfərin idarə etdiyi gəmidə 2,5 tondan çox metamfetamin və 100 mindən çox fentanil tableti aşkar olunub.
Təxmini qiymətləndirmələrə görə, həmin narkotik maddələrin qara bazardakı ümumi dəyəri təqribən 90 milyon dollardır.
Rəsmi dairələr narkotik maddələrin "Sinaloa" narkotik kartelinə aid olduğunu ehtimal edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB