Moskvada çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində üç nəfər ölüb

Moskvada çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində üç nəfər ölüb
Rusiyada, Moskvanın Mosrentgen qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində üç nəfər ölüb, onlardan ikisi uşaqdır. Daha 14 nəfər isə xəsarət alıb. SİA xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib. "17 nəfər xəsarət alıb, onlardan üçü dünyasını dəyişib: bir yetkin və iki uşaq", - deyə mətbuat xidməti qeyd edib. Məlumata görə, ölənlər tüstüdən boğulub.

Bütün xəbərlər Facebook səhifəmizdə