Türkiyədə son 24 saat ərzində koronavirusa 7897 yeni yoluxma halı qeydə alınıb

Türkiyədə son 24 saat ərzində koronavirusa 7897 yeni yoluxma halı qeydə alınıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 108 nəfər dünyasını dəyişib.

SİA xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 26 685 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 7 897 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 524 786 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 8 089 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 412 505 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə