"Ötən gün Ermənistan Statistika Komitəsi ölkədəki sosial-iqtisadi vəziyyətin keçən ilin nəticələrinə əsasən ətraflı şəkildə bölüşdürülməsini dərc etmişdi. Belə ki, 2020-ci ilin 12 ayı üçün ümumiləşdirilmiş məlumatları artıq bildirmişik: Ermənistanda iqtisadi fəaliyyət göstəricisi 92,5 faiz təşkil edib, yəni son bir ildə ölkənin milli iqtisadiyyatı 7,5 faiz itirib".
SİA bunu erməni mətbuatına istinad edərək bildirir.
Ermənilər artıq ölkədəki real istehsal sektorunun sıfıra deyil, daha mənfi bir tərəfə meyl etdiyini etiraf edirlər. Yəni 2020-ci ildə ölkədəki sənaye istehsalının həcmi əvvəlki ilə nisbətən yüzdə yüz itirib.
Əvvəlki aylarda sənaye istehsalında az qala nəzərəçarpacaq dərəcədə artım hələ mədən və metallurqların hesabına təmin edilə bilirdisə, keçən ilin sonunda bu sektorun böyüməsi belə bütün sənayeni "yaşıl" zonada saxlaya bilmədi.
Üstəlik, mədən sənayesindəki göstəricilərinin aydan-aya aşağı düşməsi ilə əlaqədar həyəcanverici siqnallar müşahidə olunmağa başladı. Beləliklə, 2020-ci ilin 9 ayında bu sahənin böyüməsi 116,7, 10 ayda 114,9, 11 ayda 112,7 və 12 ay ərzində (bütün il üçün) 111,6 faiz oldu. Bunlar hamısı erməni mediasında yer alan erməni etiraflarıdır.
Bundan əlavə, erməni mediası, Ermənistan üçün ən çox önəm kəsb edən mis konsentratı və ferromolibden istehsalında da tənəzzül olduğunu bildirir: "Nikolun hakimiyyətinin ilk illərində şəstlə bəhs etdiyi istehsal sektoruna gəlincə, o, heç əvvəlki ilin dəyərlərinə belə çatmır, həm də aydan aya daha çox tənəzzülə doğru gedir. Belə ki, bu göstərici 2020-ci ilin 9 ayında 97,3 , 10 ay üçün 97,1, 11 ay üçün 96,6 və nəhayət 12 ay üçün (bütün il üçün) - 96,1 faiz olub".
Bundan əlavə, erməni iqtisadçılar 2020-ci ilin sonuna qədər Ermənistanın ticarət dövriyyəsndəki 14 faizlik azalmanın pərakəndə ticarət də daxil olmaqla 82,7, topdansatışın – 91, avtomobil ticarətinin isə 66.5 faizə qədər azaldığını bildirirlər.
Qeyd edək ki, ermənilər ölkənin inşaat sahəsində işlərin düzələcəyinə də ümidli deyillər. Məsələn, erməni iqtisadçıların hesablamalarına görə, bu sahədə də ikirəqəmli azalma maşahidə edilməkdədir-90.5 faiz. Təbii ki, adətən, ələbaxımlığın sonu belə olur. Bunu onlar özləri də etiraf edirlər. Belə ki, göstərilən ərəfədə ermənilərə göndərilən ianələrin həcmi də 31,6 faiz azalıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB