Yunanıstanın Afina, Saloniki və digər bölgələrində karantin qaydaları sərtləşdirir. SİA xəbər verir ki, bu barədə Yunanıstan hökuməti məlumat yayıb.
Bildirilib ki, 6-15 fevral tarixlərində paytaxt Afina, Saloniki, Attika bölgəsində iş günləri insanların küçələrdə və ya ictimai yerlərdə hərəkətinə axşam saat 21:00-dan səhər 05:00-dək qadağa qoyulacaq. Şənbə və bazar günləri komendant saatı 18:00-da başlayacaq və səhər 05:00-a qədər davam edəcək.
Bundan əlavə, bir bölgədən digərinə hərəkət qadağası davam edir.
Attika və Salonikidə liseylər 6-15 fevral tarixlərində bağlanacaq, digər məktəblər və uşaq bağçalarının fəaliyyətinə icazə veriləcək.
Qeyd edək ki, Yunanıstanda indiyədək 139 min 447 nəfər koronavirusa yoluxub, 4881 nəfər bu xəstəlikdən dünyasını dəyişib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB