Finlandiya ümumavropa rəqəmsal vaksin pasportlarının yaradılmasını dəstəkləyir

Finlandiya ümumavropa rəqəmsal vaksin pasportlarının yaradılmasını dəstəkləyir
Finlandiya ümumavropa rəqəmsal vaksin pasportlarının yaradılmasını dəstəkləyir. SİA xəbər verir ki, İsveç və Danimarka da daxil olmaqla, Avropanın bir sıra ölkələri, koronavirus peyvəndi vurdurmuş insanlar üçün müvafiq pasportların yaradılması üzrə işlərə başlanıldığını bəyan ediblər. Bu sənədlər davam edən koronavirus (COVID-19) pandemiyası ilə bağlı risklərə baxmayaraq, peyvənd olunmuş səyahətçilərin yenidən digər ölkələrə səfər edə bilməsi üçün hazırlanır. Finlandiya hələlik bu cür pasportların tətbiqi ilə bağlı qərar qəbul etməyib. Bununla yanaşı, Finlandiyanın Baş naziri Sanna Marin ölkə parlamentində çıxış edib və milli yox, ümumavropa rəqəmsal vaksinasiya sertifikatının yaradılmasının vacibliyini vurğulayıb. Finlandiya Baş nazirinin sözlərinə görə, belə bir sənədin yaradılması son dərəcə vacibdir və yaxın zamanlarda məsələ Avropa Şurasında müzakirə ediləcək. "Biz yazda bu məsələ ilə mütləq məşğul olacağıq", - deyə Sanna Marin ümumavropa qərarlarının vacibliyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə